Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ: İşə qəbul ilə bağlı dəyişikliklər olacaq

Gələcəkdə imtahanların hansı formada keçirilməsi ilə bağlı fikir müzakirələri aparılır.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsi üzərindən pandemiya dövründə tədrisin təşkili, müəllimlərin işə qəbulu və yerdəyişməsi, 1-ci sinfə qəbul və təhsil haqqı ödənişlərində sosial paketlərlə bağlı suallara cavab verərkən deyib.
O bildirib ki, imtahanların məzmunu fənn bilikləri ilə yanaşı, müəllimlərin pedaqoji fəaliyyətini də dəqiq ölçməlidir:
“Müəllimin peşəsini daha yüksək səviyyədə icra etməsi önəmlidir. İmtahanların çətinliyi məsələsi nisbidir. Gələcəkdə bizim imtahanların hansı formada keçirilməsindən asılı olmayaraq, imtahan fəlsəfəsi düzgün qiymətləndirilməlidir. Bəzən narazılıqlar yaranır, lakin məqsədimiz bacarıqlı və istedadlı insanları aramızda görməkdir. Növbəti illərdən başlayaraq imtahanların məzmunu hissə-hissə dəyişəcək. Dəyişikliklər fənn bilikləri ilə yanaşı, müəllimin davranışı, bilik və səriştələrinə söykənməlidir”.
Oxşar xəbərlər
İmtahanlarda kimlərə güzəşt ediləcək? Onlayn təhsilin qiymətləndirmə müəmması
Pandemiya dövründə təhsil müəssisələrinin fəaliyyəti dayandırılsa da onlayn təhsil davam etdiyindən həm orta, həmçinin də ali təhsildə şagird və tələbələrin bil...
