Zəngəzur dəhlizi ilə Naxçıvana elektrik xətti çəkiləcək - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Zəngəzur dəhlizi ilə Naxçıvana 330 kV-luq elektrik xəttinin çəkilməsi gündəmdir.
BAKU.WS xəbər verir ki, bunu Trend-in suallarını cavablandırarkən “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev deyib.
O bildirib ki, Cəbrayıl rayonuna Ağcabədi və İmişlidən 330 kV-luq xəttin çəkilməsi nəzərdə tutulur.
“Zəngəzur dəhlizi vasitəsi ilə Avropaya enerji ixrac edilməsi nəzərdə tutulur. Ağcabədi 330 kV-luq yarımstansiyasının tikilməsi və bu xəttin Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana çəkilməsi və həmin xətt vasitəsi ilə elektrik enerjisinin Türkiyəyə oradan da Avropa bazarına ixrac edilməsi məsələsi nəzərdə tutulur”, - deyə T.Abdullayev əlavə edib.
Oxşar xəbərlər
Prezident "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edib - FOTO - YENİLƏNİB
Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının yanvarın...