Zehra Selçuk: Halal bazar 2028-ci ilədək 11 trilyon dollara yüksələcək
Yeniliklərdən dərhal xəbərdar olun
Halal iqtisadiyyatın gələcək inkişafı maliyyə, ticarət, investisiya, əmək bazarı, standartlaşdırma və sertifikatlaşdırma sahələri arasında əməkdaşlığın gücləndirilməsindən asılıdır.
BAKU.WS xəbər verir ki, bunu İƏT-in nəzdində fəaliyyət göstərən SESRIC-in Baş direktoru, Türkiyənin sabiq ailə, əmək və sosial xidmətlər naziri Zehra Selçuk Bakıda keçirilən İİB Qrupunun İllik Toplantıları çərçivəsində təşkil olunan tədbirdə bildirib.
O qeyd edib ki, regional əməkdaşlıq institutları İƏT ölkələri arasında halal ekosisteminin inteqrasiyasında mühüm rol oynayır. Selçukun sözlərinə görə, İslam maliyyəsi, halal qida, turizm, əczaçılıq və logistika kimi sahələri əhatə edən halal iqtisadiyyat artıq çoxtrilyonluq qlobal bazara çevrilib.
Baş direktor bildirib ki, 2023-cü ildə qlobal halal bazarının həcmi 7 trilyon dolları keçib və 2028-ci ilədək 11 trilyon dollara çatacağı gözlənilir.
Onun sözlərinə görə, İƏT ölkələri dünya müsəlman əhalisinin 81 faizini və qlobal halal bazarının təxminən 80 faizini təmsil edir. Bu potensialdan səmərəli istifadə üçün üzv dövlətlər arasında daha koordinasiyalı əməkdaşlıq mexanizmlərinin formalaşdırılması vacibdir.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...