Yaxın Şərqdəki müharibə bu məhsulların qiymətini bahalaşdıra bilər
"İran və ABŞ-İsrail arasında baş verən müharibə yalnız neft bazarına təsir göstərmir, eyni zamanda strateji əhəmiyyətli bütün məhsul və xidmətlərin qiymətlərində artımlara səbəb ola bilər".
Bunu BAKU.WS-ə açqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.
AQC sədri müharibə fonunda qiymət artımına məruz qalacaq məhsulların adlarını açıqlayıb:
"Metallar: Qızıl və gümüş kimi qiymətli metalların qiymətləri müharibə dövründə investisiya və təhlükəsizlik axtarışı səbəbindən arta bilər.
Silah və müdafiə texnikası: Hərbi əməliyyatlar artdığı üçün silah və hərbi avadanlıq bazarında tələbat yüksəlir, nəticədə qiymətlər bahalaşır.
Ərzaq və yanacaq məhsulları: Müharibə logistika və ixrac-idxal zəncirlərini pozduğu üçün qida və yanacaq xərcləri də avtomatik olaraq artır.
Qeyri-ərzaq məhsulları: İstehsal və nəqliyyat xərclərinin artması səbəbindən texnologiya və istehlak mallarının qiymətləri də yüksələ bilər".
Vüqar Oruc əlavə edib ki, eyni zamanda, dolların gücü müharibə dövründə daha da möhkəmlənir:
"Digər valyutalara nisbətdə dolların qiymətinin artması idxal-ixrac əməliyyatlarına təsir göstərir və qlobal bazarda məhsul qiymətlərinin artmasına səbəb olur.
Neftin qiymətinin yüksəlməsi isə bütün istehsal prosesinə zəncirvari təsir göstərir: yanacaq xərcləri, logistika, nəqliyyat və enerji xərcləri artdıqca məhsul qiymətləri də avtomatik yüksəlir.
Bununla yanaşı, bölgədə qaçqın axını da daşınmaz əmlak bazarına təsir göstərə bilər. İran kimi böyük sayda qaçqınların qonşu ölkələrə köçməsi kirayə bazarında tələb artımına və nəticədə həm kirayə, həm də satış qiymətlərinin yüksəlməsinə səbəb olur.
Beləliklə, müharibə dövründə qiymət artımları çoxşaxəli və qlobal xarakter daşıyır, hər sahədə təsirini göstərir və iqtisadi zəncirvari reaksiyalara yol açır".
Orxan Hüseyn
Oxşar xəbərlər
SOCAR və BP üçüncü ölkələrdə layihələrdə birgə iştirakı nəzərdən keçirib
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və BP şirkəti arasında üçüncü ölkələrdə müxtəlif layihələrdə birgə iştirak imkanları nəzərdən keçirilib. BAKU.WS SOCAR-a...