Yaşayış minimumu və ehtiyac meyarı ilə bağlı qanun layihələri II oxunuşda qəbul edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Məclis 2026-ci ilin dövlət büdcəsi zərfinə daxil olan "Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında" və "Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələrini ikinci oxunuşda qəbul edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, parlamentin bugünkü plenar iclasında müzakirə zamanı bildirilib ki, 2026-cı ildə Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının 300 manat olması nəzərdə tutulur.
Bu, 2025-ci illə müqayisədə 15 manat və yaxud 5,3 % çoxdur.
Sənədə əsasən, yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat müəyyən edilir.
Müzakirələrdən sonra hər iki sənəd səsverməyə qoyularaq ikinci oxunuşda qəbul olunub.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...