Xiyarın qiyməti niyə ucuzlaşmır? - SƏBƏB AÇIQLANDI - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Hər il qışa tədarük görmək istəyənlər avqustdan etibarən bazarlara üz tuturlar. Nəzərə alsaq ki, avqust ayı artıq yekunlaşıb və tərəvəz məhsullarının qiyməti hər kəsin cibinə uyğun olmalıdır.
BAKU.WS xəbər verir ki, bəzi tərəvəzlərin, daha dəqiq desək, xiyarın qiyməti heç cür ucuzlaşmır. Hazırda bazarlarda xiyar elə qiymətə satılır ki, sanki bu tərəvəzin mövsümü deyil.
Əksər insanları narahat edən xiyarın qiymətinin ucuzlaşmamasının səbəbidir? ARB kanalının əməkdaşları bu suala cavab tapmaq üçün bazarlara üz tutublar.
Məlum olub ki, Bakıda bəzi bazarlarda xiyar 1-2.50 AZN-ə təklif olunur. Satıcılar məhsulunun bu qiymətə satılmasını qıt olması ilə əlaqələndiriblər. Onların sözlərinə görə, bəzi tərəvəzlər Rusiya bazarlarına aparıldığı üçün ölkədə qiymət artımı yaranır.
Oxşar xəbərlər
Əhaliyə şad XƏBƏR - Bəzi məhsulların qiyməti ucuzlaşacaq
Hazırda pandemiya dövrü olsa da əhalinin ərzaq və kənd təsərrüfatı məhsullarına tələbatı yüksəkdir. Belə olan halda onların qiymətində artımın müşahidə edilməsi...