WUF13 zamanı "Koroğlu"dan 24 saatlıq K1 marşrutu fəaliyyət göstərəcək
Mayın 17–22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində nəqliyyatın təşkili ilə bağlı əlavə tədbirlər görüləcək.
BAKU.WS xəbər verir ki, bu barədə keçirilən brifinqdə WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Nəqliyyat şöbəsinin müdiri Vüqar Aslanov məlumat verib.
Onun sözlərinə görə, forum günlərində "Koroğlu" metrostansiyasının yaxınlığında yerləşən nəqliyyat habından K1 marşrutu üzrə avtobuslar 24 saat fasiləsiz fəaliyyət göstərəcək.
V.Aslanov bildirib ki, iştirakçıların tədbir məkanına rahat çatdırılması məqsədilə şəhər üzrə 9 nəqliyyat mübadilə mərkəzi müəyyən edilib. Bundan əlavə, 2 yeni şəhərdaxili müntəzəm avtobus xətti istifadəyə veriləcək.
Qeyd olunub ki, ümumilikdə 67 dayanacaqdan istifadə planlaşdırılır. Hava limanı istiqamətində isə 6 müntəzəm avtobus xətti fəaliyyət göstərəcək.
Oxşar xəbərlər
WUF13 üçün Bakıda 42 kilometrlik yaşıl nəqliyyat zolaqları yaradılıb
WUF13 çərçivəsində Bakıda 42 kilometrlik yaşıl nəqliyyat zolaqları salınıb BAKU.WS xəbər verir ki, Ümumdünya Şəhərsalma Forumunun (WUF13) keçirilməsi ilə əlaqəd...