WUF13 üçün Bakıda 42 kilometrlik yaşıl nəqliyyat zolaqları yaradılıb
Yeniliklərdən dərhal xəbərdar olun
WUF13 çərçivəsində Bakıda 42 kilometrlik yaşıl nəqliyyat zolaqları salınıb
BAKU.WS xəbər verir ki, Ümumdünya Şəhərsalma Forumunun (WUF13) keçirilməsi ilə əlaqədar Bakı şəhərində xüsusi nəqliyyat infrastrukturu yaradılıb. Bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Nəqliyyat şöbəsinin müdiri Vüqar Aslanov keçirilən brifinqdə məlumat verib.
Onun sözlərinə görə, şəhərdə ümumilikdə 42 kilometrlik yaşıl hərəkət zolaqları təşkil olunub. Bu zolaqlar forum iştirakçılarının təhlükəsiz və sürətli şəkildə tədbir məkanına çatdırılmasını təmin edəcək.
Qeyd olunub ki, tətbiq edilən yaşıl zolaqlar nəqliyyat sıxlığının azaldılmasına və iştirakçıların tıxacdan təsirlənmədən hərəkətinə imkan yaradacaq.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...