Vahid Ələkbərov "LUKOYL"un rəhbərliyindən çıxdı

Vahid Ələkbərov LUKOYLun rəhbərliyindən çıxdı
İqtisadiyyat 318

Rusiyanın ən böyük özəl neft şirkəti olan "Lukoyl"un həmsahibi, prezidenti və təsisçisi Vahid Ələkbərov tutduğu vəzifədən, həmçinin direktorlar şurasından istefa vermək qərarına gəlib.

BAKU.WS xəbər verir ki, məlumatı TASS yayıb.

Məlumata görə, istefa ərizəsi şirkətin Direktorlar Şurasına bu gün daxil olub.

Buna qədər V.Ələkbərov Böyük Britaniyanın sanksiyalarına məruz qalıb.

Şirkətdən açıqlanıb ki, Ələkbərov nəzarət paketinin sahibi deyil, o, birbaşa səhmlərin cəmi 3,12%-nə, həmçinin səsvermə hüququ olmayan fondlar vasitəsilə 5,43%-ə sahibdir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər