Vahid Əhmədov: "Məhkəmə-hüquq sistemində islahatlara getmək lazımdır"
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycanda idarəetmənin təkmilləşdirilməsi ilə bağlı son illər çox işlər görülür. Bir vaxt var idi ki, sahibkarlardan vergi sistemi ilə bağlı çox şikayətlər alırdıq. Ancaq bununla bağlı indi çox ciddi şikayətlər yoxdur”.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
“Bizi çox maraqlandıran məsələlərdən biri hüquq-mühafizə orqanlarında islahatların aparılmasıdır. Hesab edirəm ki, məhkəmə-hüquq sistemində islahatlara getmək lazımdır. Bundan əlavə, işğaldan azad edilən ərazilərdə sənaye kompleksələrinin yaradılmasını istəyirəm”, - deputat bildirib.
Oxşar xəbərlər
Vahid Əhmədov: “Bəzi pullu adamlar dövlətimizə təhlükədir”
Koronavirusun nə zaman bitəcəyi heç kimə məlum deyil. BAKU.WS xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vahid Əhmədov dünyanın, eləcə də Cənubi Qafqazın...