Ukraynanın cənubunda Azərbaycan qazını nəql edən boru kəməri hücumdan sonra işini bərpa edib
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynanın cənubunda Rusiya PUA-larının hücumuna məruz qalmış "Orlovka" qaz kəməri ilə təchizat bərpa edilib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna qaz nəqliyyat şirkəti məlumat verib.
"Təchizat əvvəlki kimi həyata keçirilir. Bu gün ərzində Rumıniya sərhədinə yaxın yerləşən Orlovka vasitəsilə 0.42 milyon kubmetr qazın nəql edilməsi planlaşdırılır", - operator nümayəndəsi bildirib.
Xatırladaq ki, Rusiya Ukraynanın cənubundakı Odessa vilayətində ABŞ və Azərbaycandan qaz idxalı üçün istifadə olunan qaz nasos stansiyasına zərbə endirmişdi. Orlovka, Yunanıstan maye qaz terminallarını Trans-Balkan qaz kəməri vasitəsilə Ukrayna qaz anbarları ilə birləşdirən marşrutun bir hissəsidir.
Ötən ay Ukrayna ilk dəfə Trans-Balkan marşrutu ilə Azərbaycan qazının test tədarükünü həyata keçirib və Azərbaycandan qaz idxalını əhəmiyyətli dərəcədə artırmaq planlarını elan edib.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...