Ucuz torpaq sahəsi almaq istəyənlər üçün YENİ XƏBƏR
Azərbaycanın bir sıra şəhər və rayonlarında bələdiyyə torpaqlarının müsabiqə və hərracları keçiriləcək.
BAKU.WS-in məlumatına görə, hərrac 11 martda Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil olunacaq.
Torpaq sahələri həm satışa, həm də uzunmüddətli icarəyə təqdim edilir. Sahələr əsasən sahibkarlıq fəaliyyəti və kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə nəzərdə tutulub.
Hərrac və müsabiqələr bu ərazilər üzrə təşkil olunacaq: Sumqayıt, Siyəzən, Samux, Saatlı, Salyan, Zərdab, Bərdə, Qusar və Şəki.
Satışa çıxarılan torpaq sahələri 65 kv.m-dən 182 kv.m-dək dəyişir və əsasən sahibkarlıq məqsədi daşıyır. İcarəyə verilən torpaqlar isə 1 hektardan 4,92 hektaradək sahəni əhatə edir və 15 il müddətinə kənd təsərrüfatı təyinatı ilə təqdim olunur. Kiçikhəcmli 17 kv.m sahə isə 2 illik icarəyə təklif edilir.
| Ərazi və bələdiyyə | Sahə | Qiymət (manat) | Məqsəd | Sənəd № |
|---|---|---|---|---|
| Sumqayıt şəhəri, Sumqayıt bələdiyyəsi | 17 kv.m (icarə 2 il) | 119.00 | Sahibkarlıq | 309012003948 |
| Siyəzən rayonu, Yenikənd bələdiyyəsi | 2 ha (icarə 15 il) | 200.00 | Kənd təsərrüfatı | 305012001618 |
| Samux rayonu, Qaraağaclı bələdiyyəsi | 3 ha (icarə 15 il) | 450.00 | Heyvandarlıq | 507012001254 |
| Saatlı rayonu, Saatlı bələdiyyəsi | 65 kv.m (satış) | 2600.00 | Sahibkarlıq | 908012000890 |
| Saatlı rayonu, Saatlı bələdiyyəsi | 130 kv.m (satış) | 2860.00 | Sahibkarlıq | 908012000874 |
| Saatlı rayonu, Saatlı bələdiyyəsi | 182 kv.m (satış) | 4004.00 | Sahibkarlıq | 908012000879 |
| Salyan rayonu, Qızılağac bələdiyyəsi | 1.5 ha (icarə 15 il) | 638.00 | Kənd təsərrüfatı | 909012003615 |
| Zərdab rayonu, Bıçaqçı bələdiyyəsi | 2.15 ha (icarə 15 il) | 322.50 | Kənd təsərrüfatı | 905012000938 |
| Bərdə rayonu, Uğurbəyli bələdiyyəsi | 4.25 ha (icarə 15 il) | 1636.25 | Kənd təsərrüfatı | 610012002354 |
| Bərdə rayonu, Xanərəb bələdiyyəsi | 1 ha (icarə 15 il) | 330.00 | Kənd təsərrüfatı | 610012002295 |
| Qusar rayonu, Bala Qusar bələdiyyəsi | 1.1 ha (icarə 15 il) | 220.00 | Kənd təsərrüfatı | 301012079731 |
| Şəki rayonu, Turan bələdiyyəsi | 4.92 ha (icarə 15 il) | 984.00 | Kənd təsərrüfatı | 404012006257 |
| Şəki rayonu, Cəfərabad bələdiyyəsi | 2.36 ha (icarə 15 il) | 519.20 | Kənd təsərrüfatı | 404012007322 |
Oxşar xəbərlər
AMB əhaliyə xidmət üzrə fəaliyyətini təkmilləşdirir
Azərbaycan Mərkəzi Bankı (AMB) əhaliyə xidmət üzrə fəaliyyətini təkmilləşdirməyə qərar verib. BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə AMB məlumat y...