Ucuz qiymətə avtomobil almaq istəyənlər üçün YENİ XƏBƏR

Ucuz qiymətə avtomobil almaq istəyənlər üçün YENİ XƏBƏR
Si̇yahı
İqtisadiyyat 21

27 yanvar 2026-cı il tarixində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti böyük hərrac keçiriləcək.

BAKU.WS-in məlumatına görə, prosesdə müxtəlif dövlət qurumlarının balansında olan 33 nəqliyyat vasitəsi və avadanlıq satışa çıxarılacaq.

Siyahıda yük maşınlarından tutmuş minik avtomobillərinə, xüsusi təyinatlı texnikadan tutmuş iri gücə malik avadanlığa qədər geniş kateqoriyalar yer alacaq.

Hərraca çıxarılan avtomobillər arasında Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, Prezidentin İşlər İdarəsi, "Azəristiliktəchizat" ASC, Dövlət Reklam Agentliyi, Dövlət Ehtiyatları Agentliyi və "Aqrarkredit" QSC kimi qurumların balansında olmuş vasitələr yer alır.

Avtomobillərin əksəriyyəti işlək vəziyyətdə olub dövlət qurumlarının xidməti istifadəsində olub. Start qiymətləri və 10% beh məbləği hər bir lot üzrə göstərilib.

Hərraca çıxarılan nəqliyyat vasitələrinin və avadanlıqların siyahısı

S/N Balanssaxlayıcı müəssisə Əlaqəli şəxs Marka Nömrə İl Qiymət (₼) 10% (₼)
1 FHN Xəzər QXX Səmədov Mübariz – 0518301982 KAMAZ 55111 yük 10JC186 1993 6500 650
3 FHN Xəzər QXX Səmədov Mübariz – 0518301982 Mercedes 312D 10JR659 1996 8700 870
4 FHN Xəzər QXX Səmədov Mübariz – 0518301982 Chevrolet Niva 90FH691 2008 3300 330
5 FHN Xəzər QXX Səmədov Mübariz – 0518301982 Chevrolet Niva 90FH673 2008 3500 350
6 FHN Xəzər QXX Səmədov Mübariz – 0518301982 KAMAZ 55111 yük 10JC185 1991 6000 600
8 FHN Xəzər QXX Cəmilov Vüqar – 0558468607 IVECO OTOYOL M23.9 90FH310 2006 9000 900
9 FHN Xəzər QXX Cəmilov Vüqar – 0558468607 IVECO EUROBUS E27/14S 90FH750 2008 9500 950
10 FHN NRFTA Həmzəyeva Səbinə – 0705237383 Chevrolet Niva 90FH692 2008 3000 300
13 Aqrarkredit QSC Orucov Fəxrəddin – 0503399692 Mercedes E350 99AE929 2010 14500 1450
14 Aqrarkredit QSC Orucov Fəxrəddin – 0503399692 Hyundai Elantra 90PF929 2015 12000 1200
16 Aqrarkredit QSC Orucov Fəxrəddin – 0503399692 Mercedes 240 90AV618 2001 8000 800
17 Aqrarkredit QSC Orucov Fəxrəddin – 0503399692 Nissan Patrol 10AR099 2000 12500 1250
30 Pİİ "Zuğulba" Abbasov Ucal – 0102139392 Chiller WESPER 620 kW 2008 6400 640
31 Pİİ "Zuğulba" Mürvələdov Araz – 0503400708 Stol (müşavirə zalı) 2011 16000 1600
32 DRA Şəmmədov Samir – 0102561485 Hyundai Sonata 20AA445 2007 7500 750
33 DRA Şəmmədov Samir – 0102561485 Honda Accord 77AJ670 2008 6500 650

Son xəbərlər