TANAP-la indiyədək 2,4 mlrd. kubmetrə yaxın qaz nəql edilib

TANAP-la indiyədək 2,4 mlrd. kubmetrə yaxın qaz nəql edilib
İqtisadiyyat 231
Bu ilin yanvar-avqust aylarında Trans-Anadolu qaz kəməri (TANAP) vasitəsilə Türkiyəyə 1 473,2 mln. kubmetr Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağında hasil edilən qaz nəql edilib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, istifadəyə veriləndən bu ilin sentyabr ayının 1-dək TANAP-la 2 389,5 mln. kubmetr qaz nəql edilib.Proqnoza əsasən, cari ilin sonunadək kəmərlə Türkiyəyə (kəmərin istifadəyə veriləndən) 3 mlrd. kubmetr qaz nəql etmək planlaşdırılır.“Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan Azərbaycan təbii qazını əvvəlcə Türkiyəyə, sonra da Avropaya nəql edəcək Cənub Qaz Dəhlizinin ən önəmli həlqəsi olan TANAP-ın Türkiyə-Gürcüstan sərhədindən Əskişəhərə qədər olan hissəsi 2018-ci il iyunun 12-də keçirilmiş beynəlxalq açılış mərasimində istifadəyə verilmiş, iyunun 30-da isə Türkiyəyə kommersiya məqsədli qazın axını başlayıb.Boru xəttinin Əskişəhərdən Türkiyə-Yunanıstan sərhədinə qədər olan ikinci hissəsində isə mexaniki tamamlama işləri 2018-ci ilin sonunda başa çatıb, cari ilin aprelində xəttə sınaq məqsədilə qaz vurulub.Bu il iyulun 1-dən Avropaya qazın nəqli üçün tamamilə hazır vəziyyətə gətirilən TANAP, tarixə eyni zamanda Türkiyə, Yaxın Şərq və Avropanın ən uzun və ən geniş diametrli təbii qaz xətti kimi düşüb.Türkiyə-Yunanıstan sərhədində TANAP ilə birləşəcək TAP boru kəmərində aparılan işlər tamamlandıqdan sonra (2020-ci ildə), Azərbaycan qazı gələn ildən etibarən Avropa bazarlarına nəql olunacaq.Xatırladaq ki, 1 850 km uzunluğa malik olacaq TANAP-ın illik gücünün 16 mlrd. kubmetr təbii qaz nəql edəcək. Bunun 6 mlrd. kubmetri Türkiyəyə, 10 mlrd. kubmetri isə Avropaya veriləcək.TANAP boru kəmərinin səhmdarları SOCAR və Azərbaycan İqtisadiyyat Nazirliyinin birgə müəssisəsi olan “Cənub Qaz Dəhlizi” QSC (51%), BOTAŞ (30%), BP (12%) və “SOCAR Türkiye Enerji A.Ş” (7%) şirkətləridir.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

SOCAR: TANAP iyulun 1-dən Avropaya qaz nəqli üçün tam hazırdır

SOCAR: TANAP iyulun 1-dən Avropaya qaz nəqli üçün tam hazırdır

Cənub Qaz Dəhlizinin əsas seqmenti olan Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) bu gündən etibarən Azərbaycan qazının Avropaya nəql edilməsi üçün hazır vəzi...

3027 İqtisadiyyat 12:22 01 iyul 2019

Son xəbərlər