Sumqayıt Kimya Sənaye Parkında yeni rezident

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkında yeni rezident – “SENSEMI DMCC” şirkətinin Azərbaycandakı Nümayəndəliyi qeydiyyata alınıb. Bununla da Sənaye Parkının rezidentlərinin sayı 32-yə çatıb.
BƏƏ kapitallı “SENSEMI DMCC” şirkətinin Azərbaycandakı Nümayəndəliyi tərəfindən Sənaye Parkının 1 hektar ərazisində elektrik avtomat və sayğac istehsalını həyata keçirəcək müəssisə inşa olunacaq.
İnvestisiya dəyəri 26 milyon manatdan çox olan müəssisədə 83 nəfər daimi işlə təmin ediləcək.
Müəssisədə istehsal olunan məhsulların daxili bazara satılması ilə yanaşı, ixracı da planlaşdırılır.
Oxşar xəbərlər
Prezident Sumqayıt Kimya Sənaye Parkında açılış və təməlqoyma mərasimlərində iştirak etdi - FOTO
Azərbaycan prezidenti İlham Əliyev iyulun 20-də Sumqayıt şəhərində olub. BAKU.WS xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Sumqayıt Kimya Sənaye Parkında yen...