İstanbulda COMCEC-in 39-cu iclası keçirilir - FOTO
Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) 39-cu iclasında üzv dövlətlər arasında əməkdaşlığın elektron ticarət, eləcə də, maliyyə, nəqliyyat, rəqəmsallaşma, özəl sektor, kənd təsərrüfatı, turizm və digər sahələrdə təkmilləşdirilməsi mövzularında müzakirələr aparılıb.
BAKU.WS xəbər verir ki, tədbirdə Azərbaycan nümayəndə heyətinin rəhbəri, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov çıxış edərək ölkəmizin İƏT ölkələri ilə tərəfdaşlığın inkişafına önəm verdiyini vurğulayıb.
İclasda ölkə iqtisadiyyatının şaxələndirilməsi, rəqəmsal ticarət sahəsində görülən işlər barədə məlumat verilib, dayanıqlı və rəqabətədavamlı turizm sektorunun inkişafı, kənd təsərrüfatında məhsuldarlığının artırılması və davamlı ərzaq təhlükəsizliyinin təmin edilməsi, yoxsulluğun azaldılması istiqamətlərində İƏT üzvü olan ölkələrlə əməkdaşlıq qeyd olunub.
Qeyd: 1981-ci ildə Məkkədə keçirilmiş İƏT-in 3-cü Sammitində yaradılmış COMCEC çoxtərəfli iqtisadi və ticarət əməkdaşlığı üzrə əsas platformadır. İƏT-in 4 daimi komitəsindən biri olan COMCEC-in tərkibində 6 sahəvi (ticarət, maliyyə, nəqliyyat və kommunikasiya, kənd təsərrüfatı, turizm və yoxsulluğun azaldılması) işçi qrupu fəaliyyət göstərir.
Qalereya
Oxşar xəbərlər
Vüsal Qasımlı: “Azərbaycan hökuməti inflyasiyanı optimal həddə endirəcək” - MÜSAHİBƏ + FOTO
Hazırda qlobal iqtisadi artımın yavaşıması fonunda yüksək inflyasiya çağırışı dünya iqtisadiyyatının bir hissəsi olan Azərbaycandan da yan keçməyib. Buna baxmay...