SOCAR: "Zəngəzur dəhlizinin açılmasılə Gürcüstanla regional miqyasda beynəlxalq trafik üçün rəqabət apara bilərik"
Yeniliklərdən dərhal xəbərdar olun
Zəngəzur dəhlizinin açılması ilk növbədə orta və uzunmüddətli sabitlik üçün çox mühüm beynəlxalq amildir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) prezidentinin müşaviri Elçin Ağakişiyev Bakıda keçirilən "IADS Drilling Caspian" konfransında deyib.
O bildirib ki, bu, həm iqtisadi rifahı təmin edəcək, həm də Ermənistan üçün bir çox imkanlar yaradacaq: "İkincisi məsələ budur ki, dəhlizin açılması ilə biz Gürcüstanla birlikdə regional miqyasda beynəlxalq trafik üçün rəqabət apara, bu sahədə ümumi əməliyyatların həcmini artıra, münaqişələrə sülh və sabitlik ilə son verə bilərik. Bu, iqtisadi artım və yeni iş yerləri baxımından da əhəmiyyətlidir".
Oxşar xəbərlər
Avropanın enerjiyə artan tələbatı və Azərbaycanın rolu – TƏHLİL
Daha bir enerji ilə dolu ili yola saldıq. Nəticə olaraq onu demək olar ki, geridə qoyduğumuz 2023-cü il enerji təhlükəsizliyi gündəmini daha da möhkəmləndirmiş...