SOCAR və ADNOC dekarbonizasiya sahəsində əməkdaşlığı müzakirə edib - FOTO
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) arasında enerji keçidi və dekarbonizasiya sahələrində əməkdaşlıq müzakirə olunub.
BAKU.WS SOCAR-a istinadən xəbər verir ki, müzakirələr SOCAR prezidenti Rövşən Nəcəfin ADNOC-un aşağı karbon həlləri və beynəlxalq inkişaf üzrə icraçı direktoru Musabbeh Əl Kaabi ilə keçirtdiyi görüşdə aparılıb.
Görüşdə şirkətlər arasında uğurlu əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində görülən işlərdən məmnunluq ifadə edilib. Bu xüsusda “SARB" və "Umm Lulu" yataqlarında iştirak payının 3 %-nin SOCAR-a verilməsinə” və “Abşeron” qaz-kondensat yatağında 30 %-lik iştirak payının satışına dair sazişlərin önəmi vurğulanıb.
Qalereya
Oxşar xəbərlər
SOCAR SARB və Umm Lulu yataqlarında iştirak payının 3%-ni alıb - FOTO
30 may 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) arasında SARB və Umm Lulu yataqlarında iştirak pa...