SOCAR "Qarabağ" yatağı ilə bağlı növbəti planları açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
2020-ci ilin ikinci yarısında “Qarabağ” yatağının işlənməsi üçün platformanın quraşdırılmasına başlamaq planlaşdırılır.
BAKU.WS xəbər verir ki, bunu Trend-ə SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.
O bildirib ki, platformanın dayaq bloku artıq hazırdır:
“Bu bloku bizim törəmə şirkətimiz “Bos Shelf” tikib. Bunun ardınca platformanın yuxarı blokunun dizaynı və quraşdırılması planlaşdırılır. Platformada 6 neft hasilatı və 3 su vurma quyusunun qazılması planlaşdırılır. Sualtı texnologiya əsasında yataqda daha iki qaz hasilatı quyusu qazılacaq”.
Oxşar xəbərlər
“Azneft”in baş direktoru: “Biz insan həyatını təhlükədə qoyub neft hasil edə bilmərik” - MÜSAHİBƏ
Ötən ilin dekabrında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Prezidenti Rövnəq Abdullayevin imzaladığı əmrə əsasən, “Azneft” İstehsalat Birliyini...