SOCAR: Ötən il 2020-ci illə müqayisədə 8,4 faizdən çox təbii qaz istehlak olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən il ölkəmizdə ümumilikdə 13 milyard kubmetrə yaxın təbii qaz istehlak olunub. Bu, əvvəlki illə müqayisədə 8,4 faiz çoxdur.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu göstəricilər SOCAR-ın ötən il üzrə açıqladığı hesabatda əksini tapıb.
2021-ci il ərzində ölkə üzrə qazlaşdırma səviyyəsinin 96,2 faizdən 96,3 faizə çatdırılması, habelə karbamid gübrəsinin istehsal həcminin təqribən 3 dəfə yüksəldilməsi istehlak göstəricilərinin artımına təsir göstərən əsas amillərdir.
Qeyd edək ki, SOCAR təbii qazdan xammal kimi istifadə edərək metanol və karbamid gübrəsi istehsal etməklə, onun əlavə dəyərini bir neçə dəfə artırır.
Oxşar xəbərlər
SOCAR Metanol zavodunu da dirçəltdi - İstehsalını 100 faizə çatdırdı
Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) Metanol zavodu 2021-ci ilin dörd ayı ərzində aparılan əsaslı təmir işlərindən sonra tam istehsal gücü ilə fəaliyyəti...