SOCAR-ın rəhbərlik etdiyi konsorsium Aralıq dənizində kəşfiyyat işi görəcək
Bu gün Azərbaycan və İsrail arasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəhbərlik etdiyi konsorsiuma İsrailin Aralıq dənizindəki Eksklüziv İqtisadi Zonasında (EEZ) qaz kəşfiyyatı aparılması üçün lisenziya verilməsinə dair saziş imzalanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, SOCAR, İsrailin "NewMed Energy" və Böyük Britaniyanın BP şirkətlərinin daxil olduğu konsorsium 2023-cü ilin oktyabrında İsrail Energetika Nazirliyinin "Leviafan" qaz yatağının yaxınlığında yerləşən "I-6" Zonasında kəşfiyyat işləri aparmaq üçün lisenziya tenderini qazanıb. Eyni zamanda SOCAR layihənin operatoru seçilib.
Məlumata görə, layihənin daha əvvəl həyata keçirilməsi planlaşdırılırdı, lakin İsrail ilə HƏMAS arasında münaqişənin gərginləşməsi səbəbindən təxirə salınıb.
Konsorsium 2026-cı ilin oktyabrına qədər lisenziya sahələrindən ən azı birində qazma işlərini, həmçinin neft məsələləri üzrə komissar tərəfindən təsdiqlənməli olan əlavə iş proqramını əhatə edən plan təqdim etməlidir.
Tender qaydalarına əsasən, kəşfiyyat lisenziyaları ilkin olaraq üç illik müddətə verilir. Bu müddət ərzində lisenziya sahibləri ayrılmış sahədə təbii qaz kəşfiyyatı potensialını qiymətləndirmək üçün məcburi iş proqramını yerinə yetirməlidirlər.
Oxşar xəbərlər
Azərbaycanda pul bazası martda 4 %-dən çox artıb
Bu il aprelin 1-nə Azərbaycanda pul bazası 23 milyard 765 milyon manat təşkil edib. BAKU.WS Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, martın 1-i...