SOCAR-ın Gürcüstandakı şirkətinin gəlir və xərcləri AÇIQLANDI
Yeniliklərdən dərhal xəbərdar olun
“SOCAR Enerji Gürcüstan”nın xalis gəlirlərinin həcmi 50,5 milyon manat təşkil edib. 2018-ci ilə nisbətən Gürcüstandakı şirkətin xalis gəlirlərinin həcmi 10,3 faiz azalıb.
BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, bu barədə Dövlət Neft Şirkətinin “Davamlı İnkişaf - 2019” hesabatında qeyd olunub.
Belə ki, şirkətin ümumi gəlirlərinin həcmi isə 1 milyard 50,8 milyon manat olub ki, bu əvvəlki illə müqayisədə 4,3 faiz çoxdur.
SOCAR-ın Gürcüstandakı törəmə şirkətinin ümumi xərclərinin həcmi isə 1 milyard manat civarında olub. O cümlədən, əməliyyat xərcləri 920,9 milyon manat, əməkhaqqı, sosial müdafiə və imtiyazlara 42,6 milyon manat sərf edilib.
Qeyd edək ki, 2006-cı ildən etibarən, SOCAR Gürcüstan bazarına daxil olaraq, bu ölkənin enerji sektoruna investisiya yatırmaqdadır. Hazırda Gürcüstanda “SOCAR Enerji Gürcüstan”, “SOCAR Georgia Petroleum”, “SOCAR Georgia Gas”, “SOCAR Georgia Security” şirkətləri və Kulevi neft terminalı fəaliyyət göstərir.
Oxşar xəbərlər
SOCAR Gürcüstana 1,1 milyard dollardan çox investisiya qoyub
2007-2019-cu illər ərzində SOCAR tərəfindən Gürcüstan iqtisadiyyatına 1,1 milyard dollardan çox investisiya qoyulub. BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki,...