SOCAR BP ilə yeni neft-qaz layihələri üzrə əməkdaşlıq istiqamətlərini müzakirə edib - FOTO

SOCAR BP ilə yeni neft-qaz layihələri üzrə əməkdaşlıq istiqamətlərini müzakirə edib - FOTO
Foto
İqtisadiyyat 86

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) BP şirkəti ilə mövcud və perspektivdə nəzərdə tutulan neft-qaz layihələri üzrə əməkdaşlıq istiqamətləri nəzərdən keçirib.

BAKU.WS xəbər verir ki, müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəfin Bakıda səfərdə olan BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə keçirilən görüşdə aparılıb.

Məlumata görə, görüşdə SOCAR ilə BP arasında qarşılıqlı səmərəli əməkdaşlıqdan, strateji tərəfdaşlıqdan məmnunluq ifadə edilib.

Həmçinin bərpaolunan enerji layihələrinə, insan kapitalı sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsinə və qaşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər