SOCAR "Baleine" yatağında görülən işləri nəzərdən keçirib
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "PETROCI Holding" arasında "Baleine" neft-qaz yatağı layihəsi çərçivəsində görülən işlər nəzərdən keçirilib.
Bu barədə BAKU.WS-ə SOCAR-dan məlumat verilib.
Bildirilib ki, bu gün SOCAR-ın prezidenti Rövşən Nəcəf "PETROCI Holding"in baş direktoru Fatoumata Sanoqo ilə görüşüb.
Görüşdə iki şirkət arasında "Baleine" neft-qaz yatağının işlənməsi layihəsi üzrə əməkdaşlıqdan məmnunluq ifadə olunub, layihə çərçivəsində görülən işlər nəzərdən keçirilib.
Söhbət zamanı tərəflər qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparıb, o cümlədən işlənmə, hasilat, neft və neft məhsullarının ticarəti, emal, rəqəmsallaşma, süni intellektin tətbiqi, insan kapitalının inkişafı və qarşılıqlı maraq doğuran digər istiqamətlərdə əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Xatırladaq ki, "Baleine" yatağı Kot-d'İvuar (Fil Dişi Sahili) sahillərində yerləşən nəhəng dəniz neft-qaz yatağıdır. 2021-ci ildə kəşf edilib, 2023-cü ildə hasilata başlayıb. Hazırda gündəlik 62 min bareldən çox neft və 2,1 milyon kubmetrdən çox qaz hasil edilir. SOCAR layihədə 10 % paya sahibdir.
Qalereya
Oxşar xəbərlər
Rusiya Mərkəzi Bankının qızıl ehtiyatları 2020-ci ilin fevral ayından bəri minimuma enib
2026-cı il iyulun 1-nə olan vəziyyətə görə, Rusiya Bankının qızıl ehtiyatları 73.4 milyon troy unsiyası təşkil edib ki, bu da 2020-ci ilin fevral ayından bəri ə...