Şimali Qafqaz dəmir yolunda 19 qatar saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Şimali Qafqaz dəmir yolunda 19 qatar saxlanılıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə RDY-nin məlumatında deyilir.
Bu, kontakt şəbəkəsinin işində pozulmaya səbəb olan əlverişsiz hava şəraiti səbəbindən baş verib.
Nasazlıq Moskva vaxtı ilə saat 2:05-də Girey və Otrado-Kubanskaya stansiyaları arasındakı sahədə baş verib. Bu sahə Krasnodar vilayətinin Qulkeviç rayonunda yerləşir.
Qatarlar beş saata qədər müddətə saxlanılıb, hansı qatarlar olduğu dəqiqləşdirilmir. Şirkətin bildirdiyinə görə, işçilər qatarların gecikmə müddətini azaltmağa çalışırlar.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...