Sentyabrın 20-də dollar bahalaşa bilər
"Federal Ehtiyatlar Sistemi (FED) ABŞ tarixində ən yavaş faiz artımını yaşamaqdadır". "APA-Economics" xəbər verir ki, bunu San-Fransisko Federal Ehtiyatlar Bankının rəhbəri Con Vilyams deyib.
Onun sözlərinə görə, bir il bundan əvvəl faiz dərəcələrinin artımı daha sürətlə baş verirdi: "Hal-hazırda isə bu artımın 3%-ə çatması iki ildən daha çox davam edə bilər. Bu ay da faiz dərəcələrinin artırılması məsələsi gündəliyə çıxarılacaq, lakin bu məsələ iqtisadi göstəricilər və sentyabrın 20-21-də keçiriləcək iclasdakı müzakirələrdən asılıdır. Mən mərhələli faiz artımının tərəfdarıyam. Mərhələli faiz artımına qayıtmaq lazımdır"
BAKU.WS
Oxşar xəbərlər
Nəhəng bankdan dolların aqibəti ilə bağlı açıqlama
Qlobal investisiya bankı "Goldman Sachs" iqtisadçıları Jan Hatzius və Zak Pandlin ABŞ Mərkəzi Bankının (Fed) sədri Canet Yellenin son açıqlamalarını şərh edib....