Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək
14
avq
2026
19:43
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 8 vaqondan ibarət, çəkisi 560 ton olan buğda Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 42 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 67 min ton taxta göndərilib.
Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...