Rusiyanın neft və qaz gəlirləri yarıbayarı azalıb
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Maliyyə Nazirliyi ölkənin neft və təbii qazdan əldə etdiyi gəlirlərin bu ilin yanvar ayında ötən ilin eyni dövrü ilə müqayisədə 50,1 faiz azalaraq 393 milyard rubla (təxminən 5 milyard dollar) düşdüyünü açıqlayıb.
BAKU.WS xəbər verir ki, gəlirlərin azalmasına dünya bazarında neft qiymətlərinin enməsi və rublun xarici valyutalar qarşısında möhkəmlənməsi səbəb olub. Bildirilib ki, enerji sektorunda itkilər planlaşdırılandan daha yüksək olub.
Qeyd edək ki, Qərb ölkələri Rusiyanın neft və qaz sektoruna qarşı genişmiqyaslı sanksiyalar tətbiq edir. Bu səbəbdən Rusiya enerji ixracında əsasən Asiya bazarlarında payını artırmağa çalışır.
Xatırladaq ki, G7 və Avropa İttifaqı ölkələri 2022-ci ilin dekabrından etibarən Rusiyadan dəniz yolu ilə daşınan neftə idxal qadağası və bareli üçün qiymət tavanı tətbiq edib. Sözügedən qiymət həddi 2025-ci ilin iyul ayında 47,6 dollara endirilib.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...