Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda və propan göndəriləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, avqustun 22-də 9 vaqondan ibarət, ümumi çəkisi 630 ton olan buğda və 1 vaqondan ibarət, çəkisi 36 ton olan propan Biləcəri stansiyasından Böyük Kəsik istiqamətində göndəriləcək.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 49 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1 136 ton propan, 133 ton alüminium, 1 114 ton kömür və 67 ton taxta göndərilib.
Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel yanacağı, 5 min tona yaxın "Aİ-92" və "Aİ-95" markalı benzin ixrac olunub.
Oxşar xəbərlər
İsveçrə Azərbaycandan neft tədarükünü 3 dəfə artırıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycan İsveçrəyə 272 min 501,4 ton xam neft ixrac edib. BAKU.WS report-a istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri...