Rusiyadan Azərbaycana xəbərdarlıq
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Azərbaycandakı səfirliyi yayıb.
Məsələ ilə bağlı Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyat Xidmətinin (DANX) ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı bildirib ki, müvafiq qərar Rusiyada artıq ötən ilin noyabr ayında qüvvəyə minib və dekabda DANX məsələ ilə bağlı geniş təkliflərini və hesabatını hazırlayaraq Nəqliyyat Nazirliyinə, o isə, öz növbəsində, Nazirlər Kabinetinə ünvanlayıb.
"Əlavə olaraq bildirib ki, Azərbaycan Dövlət Avtomobil Nəqliyyat Xidməti və Rusiya Beynəlxalq Avtomobil Xidməti arasında "Beynəlxalq avtomobil əlaqələri haqqında" hökumətlərarası saziş mövcuddur. O sazişə görə, avtomobil nəqiyyat vasitələri sərnişin və yük daşımaları həyata keçirərkən, avtonəqliyyat vasitələrindən istifadə və sahiblik, habelə avtomobil yollarından istifadə etmək və saxlanılması ilə bağlı nəqliyyat vasitələrinin sahibləri yığımlardan və ödənişlərdən azad olunur. Lakin bu sənəddə yeganə istisna var. Belə ki, ancaq ödənişli avtomobil yolları, tunellər və körpülərdən istifadəyə görə yığım və ödənişlər istisna olunur. Sabah üçün də yayılan məlumat da məhz bunu nəzərdə tutur", - deyə Ş.Mehmanqızı qeyd edib.
BAKU.WS
Oxşar xəbərlər
Bayram günləri 111 mindən çox sərnişin daşınıb
Novruz bayramı ilə əlaqədar elan edilmiş qeyri-iş günlərində Bakı Beynəlxalq Avtovağzalından umumilikdə 4.481 reyslə 111.736 sərnişin daşınıb. BAKU.WS xəbər v...