Rusiyada işləmək istəyən azərbaycanlılara ŞAD XƏBƏR: Pulsuz yerlər ayrılacaq
Sankt-Peterburq azərbaycanlı istehsalçılar üçün Həsən bazarında pulsuz yerlər ayırmağa hazırdır.
BAKU.WS Trend-ə istinadən bildirir ki, Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədovla görüşü zamanı Sankt-Peterburq qubernatoru Georgi Poltavçenko deyib.
G.Poltavçenko qeyd edib ki, Sankt-Peterburqla Azərbaycan arasında ticarət dövriyyəsi azalıb. 2016-cı ildə ticarət dövriyyəsi 69,5 milyon dollar təşkil edərək 2015-ci ilin göstəricisi ilə müqayisədə 24 faiz azalıb.
Bununla belə, Azərbaycandan idxal həcmi artıb. Sankt-Peterburq Azərbaycandan əsasən tərəvəz və bitki kökləri, meyvə və fındıq, eləcə də qara metallar alır.
BAKU.WS
Oxşar xəbərlər
Terror aktı nəticəsində ölən azərbaycanlı qız əslən Borçalıdandır
Sankt-Peterburq metropolitenində törədilən partlayış nəticəsində ölən 20 yaşlı azərbaycanlı qız əslən Borçalının Faxralı kəndindəndir. BAKU.WS APA-ya istinadə...