Rusiya rublu dollar və AZN qarşısında ucuzlaşmaqda davam edir - CƏDVƏL - FOTO

10
mar
2022
09:20
Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra valyuta bazarında rus rublu kəskin ucuzlaşıb.
BAKU.WS xəbər verir ki, müharibənin ilk günlərində rublun ucuzlaşması sürətlənmişdi. Lakin sonradan rus valyutası nisbətən dayanıqlılığını bir qədər saxlayıb.
Rusiya Mərkəzi Bankının bu günə olan məzənnəsində rus valyutasının dollara olan nisbəti 116,08, Avroya nisbəti isə 126,43 rubldur. Rəsmi məzənnəyə görə, 1 AZN 68,28 rubl kimi göstərilir.
Qeyd edək ki, müharibə dövründə Rusiya rublunun valyuta bazarındakı dinamikasının cədvəlini təqdim edirik.


Oxşar xəbərlər
Bakıda əhalinin dollara tələbatının səbəbi nədir? - FOTO
Dünya bazarında neftin kəskin ucuzlaşması neft ölkələrinin valyutalarına mənfi təsir etməyə başlayıb. BAKU.WS FED.az-a istinadla xəbər verir ki, artıq qonşu Rus...