Rüfət Aslanlının 65 000 manat maaş alması xəbərinə RƏSMİ cavab

Rüfət Aslanlının 65 000 manat maaş alması xəbərinə RƏSMİ cavab
İqtisadiyyat 14452
 

KİV-də və sosial şəbəkələrdə tirajlanan iddialarda təkcə Rüfət Aslanlı və 2 müavininin əməkhaqlarının ödənilməsinə ildə 2 milyon manat vəsait sərf edildiyi qeyd edilir.

BAKU.WS-in məlumatına görə, məlumatda Palatanını Direktorlar Şurasının sədri Rüfət Aslanlının ayda 65 min manat, müavinlərinin hər birinin 38000, icraçı direktorun 18000, departament direktorlarının 10000, sıravi işçilərin isə 800-1500 manat rəsmi məvacib aldığı iddia edilib.

Modern.az bu iddialarla bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasından cavab almağa çalışıb. Palata sorğuya cavab olaraq yayılmış məlumatları təkzib edib:

"Bu cür məlumatlar həqiqətə uyğun olmadığından şərhə ehtiyac görmürük. Bunun həqiqət olmasına inanmaq özü sadəlövhlükdür”.

BAKU.WS

Son xəbərlər