Rüfət Aslanlı vəzifəsini itirdi

Rüfət Aslanlı vəzifəsini itirdi
İqtisadiyyat 4616

Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsinin Direktorlar Şurası ləğv olunub.

BAKU.WS Virtualaz.org-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin dünən təsdiqlədiyi Palatanın yeni nizamnaməsində əksini tapıb.

Bundan sonra Palatanın idarəetmə orqanı İdarə Heyətidir. Bundan əvvəlki nizamnamədə isə qurumun idarə edilməsi İdarə Heyəti ilə yanaşı, Direktorlar Şurasına həvalə edilmişdi.

Məlumat üçün bildirək ki, Şuranın ləğv olunması ilə sədr Rüfət Aslanlı, müavini Nigar Məmmədova və Şuranın üzvləri vəzifələrini itiriblər.

Qeyd edək ki, hazırda İdarə Heyətinin rəhbəri İbrahim Alışovdur.

BAKU.WS

Oxşar xəbərlər

Mətbuat Şurası sədrinin müavinləri seçilib

Mətbuat Şurası sədrinin müavinləri seçilib

Bu gün Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibdə ilk iclası keçirilib.Şuradan BAKU.WS-ə verilən məlumata görə, MŞ sədri, Milli Məclisin deputatı Ə...

734 Sosial 18:45 18 aprel 2018

Son xəbərlər