Restoranlar nağdsız dövriyyə üzrə 6%-lə sadələşdirilmiş vergiyə cəlb olunacaq
Azərbaycanda ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər üçün vergi yükünün azaldılması və nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə Vergi Məcəlləsinə mühüm dəyişiklik nəzərdə tutulur.
BAKU.WS xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət büdcəsinə ƏDV hesablanarkən onların nağdsız qaydada ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 %-nin ƏDV tutulan ümumi dövriyyələrindən çıxılması, sadələşdirilmiş vergi ödəyən həmin şəxslər üzrə nağdsız dövriyyənin 6 % dərəcə ilə sadələşdirilmiş vergiyə cəlb olunması nəzərdə tutulur.
Oxşar xəbərlər
AMB: Sığorta sektorunun debitor borcu onun dayanıqlılığına təhdid yaratmır
Azərbaycanda sığorta şirkətlərinin sığorta haqları üzrə debitor borcları onların dayanıqlılığına təhdid yaratmır. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan M...