Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin aparatının gəlirləri və xərcləri azalıb

2024-cü ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Aparatının gəlirləri 101,142 milyon manat, xərcləri isə 101,182 milyon manat təşkil edib.
BAKU.WS nazirliyə istinadən xəbər verir ki, bunlar, 2023-cü illə müqayisədə müvafiq olaraq 5,9 % və 5,7 % azdır.
Ötən il aparatın dövlət büdcəsindən verilmiş vəsait üzrə gəlirləri 79,882 milyon manat (əvvəlki ilə nisbətən 14,2 % az), birja əməliyyatlarından gəlirləri isə 21,259 milyon manat (47,4 % çox) olub.
Hesabat dövründə qurumun əməkhaqqı və məcburi dövlət sosial sığorta ayırmaları üzrə xərcləri 5,435 milyon manat (0,9 % az), maliyyə yardımları və sair transfer xərcləri 94,58 milyon manat (6,3 % az), sərf etdiyi materialların dəyəri 101 min manat manat (29,5 % çox), amortizasiya xərcləri 111 min manat manat (15,6 % çox), sair əməliyyat xərcləri isə 954 min manat (23,7 % çox) təşkil edib.
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 74 dollara yaxınlaşır
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiymətində artım müşahidə olunub. Belə ki, bir barelinin dəyəri 1,09 ABŞ dolları və ya 1,51% artaraq 7...
