Qəzvin-Rəşt dəmir yolunun açılışı oldu

Qəzvin-Rəşt dəmir yolunun açılışı oldu
İqtisadiyyat 808

İranda Qəzvin-Rəşt dəmir yolunun açılışı olub.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, tədbirdə Azərbaycan nümayəndə heyəti iştirak edib.Tədbirdə İran İslam Respublikasının Prezidenti Həsən Ruhani, Azərbaycanın İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev,Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, İranın yollar və şəhərsalma naziri Məhəmməd Eslami, Gilan valisi Mustafa Salari iştirak ediblər.Qəzvin-Rəşt dəmir yolunun uzunluğu 164 km-dir. Dəmir yolu xətti üzrə körpülər, tunellər və digər qurğular inşa olunub.

Açılış mərasimində çıxış edən İran İslam Respublikasının Prezidenti cənab Həsən Ruhani Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsinin hər iki ölkənin dövlət başçılarının daim diqqətində olduğunu vurğulayıb

Bu dəhlizin tərkib hissəsi olan Qəzvin-Rəşt dəmir yolunun önəmini qeyd edib. İran Prezidenti bildirib ki, Qəzvin-Rəşt dəmir yolu yalnız İranın və Azərbaycanın deyil, eyni zamanda Rusiya və Şimali Avropa ölkələrinin də dəmir yolları sistemlərini birləşdirəcək.İqtisadiyyat naziri Şahin Mustafayev qarşılıqlı hörmət, dostluq prinsiplərinə və İslam irsinə əsaslanan Azərbaycan-İran əlaqələrinin son illər sürətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib.Şahin Mustafayev vurğulayıb ki, Azərbaycan və İran prezidentlərinin tapşırıqları ilə ölkələrimiz arasında əməkdaşlığın yeni hədəfləri müəyyənləşdirilib və bu istiqamətdə müvafiq işlər görülərək bir çox nailiyyətlər əldə olunub.Qarşıya qoyulmuş hədəflərdən biri də iki ölkə arasında nəqliyyat-tranzit sahəsindəki əməkdaşlığı daha da genişləndirmək, böyük əhəmiyyətə malik Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinin həyata keçirilməsini təmin etməkdir. Son illər bu istiqamətdə önəmli işlər görülüb.

Belə ki, hüquqi bazanın formalaşdırılması məqsədilə 2016-cı ildə Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında Hökumətlərarası Çərçivə Sazişi, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşdırılması sahəsində əməkdaşlıq haqqında Hökumətlərarası Niyyət Protokolu imzalanıb.Şahin Mustafayev qeyd edib ki, Azərbaycan bu layihə üzrə öz ərazisində müvafiq infrastrukturun yaradılması işini uğurla tamamlayıb, eyni zamanda İran ərazisində bu istiqamətdə görülən işlərə öz dəstəyini verir.Astara-Astara dəmir yolunun tikintisi, Astaraçay çayı üzərində dəmir yolu körpüsünün inşası, Astarada (İran) tikintisi davam edən yük terminalı və məhsul anbarları Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi çərçivəsində həyata keçirilən işlərin mühüm tərkib hissələridir.Bu gün açılışı həyata keçirilən Qəzvin-Rəşt dəmir yolunun tikintisi də bu sahədə görülən uğurlu işlərin nəticələrindəndir. Qəzvin-Rəşt dəmir yolunun fəaliyyətə başlaması təkcə Şimal-Cənub deyil.Eyni zamanda Cənub-Qərb Nəqliyyat Dəhlizinin inkişafı istiqamətində atılmış çox mühüm addımdır. Bütün bunlar daşınan yüklərin həcminin artırılmasını təmin etməklə Azərbaycan Respublikasının və İran İslam Respublikasının nəqliyyat-tranzit və ticarət-iqtisadi potensialının gücləndirilməsinə böyük töhfə verəcəkdir. İranın yollar və şəhərsalma naziri Məhəmməd Eslami və Gilan valisi Mustafa Salari Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafında önəmli rol oynayan Qəzvin-Rəşt dəmir yolunun açılışının iqtisadi-ticarət əlaqələrinin inkişafında, yükdaşımalar sahəsində əməkdaşlığın genişləndirilməsində mühüm əhəmiyyətini vurğulayıblar.BAKU.WS

Son xəbərlər