Quşçuluğun inkişafı layihəsinə 70 min manat güzəştli kredit verilib - FOTO

Quşçuluğun inkişafı layihəsinə 70 min manat güzəştli kredit verilib - FOTO
İqtisadiyyat 29

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu fərdi sahibkar Elman Allahverdiyevə quşçuluğun inkişafı layihəsi üzrə 70 min manat güzəştli kredit verib.

BAKU.WS xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov özünün tvitter hesabında bildirib.

Onun sözlərinə görə, layihə Lənkəran rayonunda icra olunacaq.

“Kiçik və orta biznesin inkişafına dəstək fəaliyyətimizin prioritet istiqamətidir”, - deyə nazir əlavə edib.

Son xəbərlər