Qızılın son QİYMƏTİ - Artıb, ya azalıb?
Yeniliklərdən dərhal xəbərdar olun
Qızılın sürətli yüksəlişi bu gün dayanıb. Çərşənbə axşamı qiymət 5 faizdən çox ucuzlaşaraq son on ilin ən böyük tənəzzülünü yaşayıb.
BAKU.WS xəbər verir ki, bir gün əvvəl rekord 4 381 dollarla zirvəyə çatan qızıl, ertəsi gün 4 082 dollara qədər düşüb. ABŞ-də qızıl fyuçersləri 5,7 faiz ucuzlaşıb. Bu, 2013-cü ildən bəri ən böyük gündəlik itki hesab olunur.
Analitiklər bildirirlər ki, qiymətlərin azalması uzunmüddətli alış dalğasından sonra investorların qazanc götürməsi ilə bağlıdır.
Xatırladaq ki, 2025-ci ildə qızıl 50 faizdən çox bahalaşaraq 11 Sentyabr, 2008 maliyyə böhranı və pandemiya dövrlərini belə geridə qoymuşdu.
Ekspertlər ABŞ və Çin arasında ticarət gərginliyinin azalması və dolların möhkəmlənməsinin də satışları sürətləndirdiyini qeyd edirlər.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...