Qızılın qiyməti yeni REKORD VURDU
Qlobal əmtəə bazarlarında qızılın qiyməti növbəti tarixi zirvəni fəth edib. Nyu-York əmtəə birjasının (COMEX) məlumatlarına əsasən, qızıl fyuçersləri bir troya unsiyası üçün 4 500 dollar səviyyəsini aşaraq indiyədək qeydə alınan ən yüksək göstəriciyə yüksəlib.
BAKU.WS-in məlumtına görə, Bakı vaxtı ilə saat 04:13-də 2025-ci ilin fevral ayı üzrə fyuçers müqavilələrinin qiyməti 4 500,2 dollara çatıb ki, bu da əvvəlki göstərici ilə müqayisədə 2,57 faiz artım deməkdir.
Qısa müddət sonra artım tempi daha da güclənib və saat 04:17-də qızılın unsiya qiyməti 4 500,9 dollara qədər yüksəlib. Beləliklə, bahalaşma 2,59 faiz təşkil edib.
Analitiklər qiymət artımını qlobal iqtisadi qeyri-müəyyənliklər və investorların təhlükəsiz aktivlərə artan marağı ilə əlaqələndirirlər.
Oxşar xəbərlər
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərilib
Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya buğdası daşıyan 20 vaqondan ibarət yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola...