Qızılın qiyməti rekord həddə BAHALAŞDI - SƏBƏB

"New York Comex" birjasında aprel ayı üçün nəzərdə tutulan qızıl fyuçerslərinin qiyməti tarixi maksimuma çatıb.
BAKU.WS-in məlumatına görə, bu gün qızılın qiyməti ilk dəfə olaraq 3052,4 dollara çatıb. Artım 0,38% təşkil edib.
Qeyd edək ki, sonuncu dəfə qızıl fyuçerslərinin tarixi maksimumu 13 martda yenilənmişdi. Həmin vaxt qiymət ilk dəfə 3001,5 dollara çatmışdı.
Bundan əvvəl 20 fevralda "Comex" birjasında aprel tədarüklü qızılın qiyməti 2970 dolları keçərək tarixi maksimumu yeniləmişdi.
Qızılın qiymətinin artması əsasən qlobal iqtisadi qeyri-müəyyənlik, ABŞ dollarının zəifləməsi və inflyasiya gözləntiləri ilə bağlıdır. İnvestorlar qızıla daha çox yönəlir, çünki onu sabit və etibarlı aktiv hesab edirlər. ABŞ Federal Ehtiyat Sistemi (FED) faiz dərəcələrini azaltmağa başlasa, bu, dolların zəifləməsinə və qızılın qiymətinin daha da artmasına səbəb ola bilər.
Eyni zamanda, geosiyasi risklər – xüsusilə Rusiya-Ukrayna müharibəsi, ABŞ-Çin münasibətləri və Yaxın Şərqdəki gərginlik də qızıla tələbi artırır. Əgər bu tendensiya davam edərsə, qızılın qiyməti yaxın aylarda 3100–3200 dollar həddinə çata bilər.
Oxşar xəbərlər
Azərbaycan bu il Gürcüstandan avtomobil idxalını 27 % azaldıb
Bu ilin yanvar-fevral aylarında Gürcüstan Azərbaycana 29 milyon ABŞ dolları dəyərində 1 266 ədəd avtomobil ixrac edib. "Report"un Gürcüstanın Milli Statistika İ...
