Qızılın qiyməti kəskin artıb
Martın 3‑ü, 2026‑cı il tarixində qızılın dünya birjalarında qiyməti yüksək səviyyədə qalıb. Bir troya unsiyası (təxminən 31,10 qram) üçün qiymət 5 350–5 370 ABŞ dolları civarında olub. Bu, investorların geosiyasi risklər və iqtisadi qeyri‑müəyyənlik fonunda təhlükəsiz aktivlərə – qızıla yönəlməsini göstərir.
BAKU.WS xəbər verir ki, Yaxın Şərqdə İran-ABŞ, İsrail qarşıdurmasından əvvəl - 2026‑cı ilin fevral ayının əvvəllərində qızılın qiyməti 4 900–5 000 dollar arasında dəyişib, martın 1-i isə 5 278–5 300 dollar civarında olub. Martın 3-ünə qiymət artımı 6–10% səviyyəsində müşahidə edilib.
Ekspertlər bildirirlər ki, İran‑ABŞ‑İsrail müharibəsi fonunda geosiyasi gərginlik qızıl qiymətlərinin yüksəlməsinə təsir göstərib. Risklərin artdığı dövrlərdə investorlar təhlükəsiz aktivlərə yönəldikləri üçün qiymətlər yüksəlir və yüksək qalır.
Hazırda qızıl bazarında trend artım istiqamətindədir və geosiyasi qarşıdurmalar qiymətlərin yüksək qalmasını şərtləndirən əsas amillərdən biridir.
Oxşar xəbərlər
"Azeri Light" kəskin bahalaşdı
Dünya bazarında Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti kəskin artıb. Bir barelin dəyəri 6,85 ABŞ dolları və ya 9,41 faiz bahalaşaraq 79,6 dollara ç...