Qızılın qiyməti daha bir rekord vurdu
Yeniliklərdən dərhal xəbərdar olun
Qlobal əmtəə bazarlarında qızılın dəyəri sürətlə artaraq 4600 ABŞ dollarına yaxın səviyyəyə yüksəlib. Beynəlxalq birjalarda həm qiymətli, həm də sənaye metallarında ümumi bahalaşma tendensiyası müşahidə olunur.
BAKU.WS-in məlumatına görə, COMEX birjasında qızılın iyun fyuçersləri 1,04% (46,9 dollar) artaraq 4571,2 dollar səviyyəsinə çatıb. Spot bazarda isə qızıl 0,86% (38,49 dollar) bahalaşaraq 4532,6 dollar olub.
Digər metallar da artım nümayiş etdirib. Gümüşün may fyuçersləri 1,47% yüksələrək 70,82 dollara, misin may fyuçersləri 0,48% artaraq 552,1 dollara çatıb. Platinin spot qiyməti isə 2,91% bahalaşaraq 1923,5 dollar təşkil edib.
Mütəxəssislər bildirirlər ki, bu artımın əsas səbəbləri arasında dolların zəifləməsi, Yaxın Şərqdə gərginliyin artması fonunda investorların daha təhlükəsiz aktivlərə yönəlməsi və inflyasiya gözləntilərinin güclənməsi yer alır.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...