Qızıl və gümüş qiymətləri rekord həddə çatmağa davam edir
Yeniliklərdən dərhal xəbərdar olun
2026-cı ilin əvvəlindən bəri qiymətli metallar bazarında kəskin artım müşahidə olunur. Qlobal bazarlarda qızlın qiyməti unsiy başına 5 min dollara yaxınlaşaraq yeni rekord həddə çatıb, gümüşün unsiyası isə 110 dollara yüksələrək tarixi zirvəsini yeniləyib.
BAKU.WS xəbər verir ki, son dövrdə qiymətli metallara tələbi artıran əsas amillər arasında dünya üzrə davam edən geosiyasi risklər, ABŞ-nin maliyyə və qlobal siyasətdə qeyri-müəyyənliyi, Avropa ilə bəzi məsələlərdə yaşanan gərginlik, eləcə də Çin bazarında artan tələb göstərilir.
Qızılın qiyməti 2025-ci ilin sonundan bəri təxminən 20 faiz artaraq investorlarına yüksək gəlir təmin edib. Analitiklər qiymətli metalların yaxın perspektivdə də investorlar üçün cəlbedici qalacağını bildirirlər.
Oxşar xəbərlər
Azərbaycanın valyuta ehtiyatları dünya normasını 13 dəfədən çox üstələyir
Azərbaycanın strateji valyuta ehtiyatları 4,3 milyard ABŞ dolları artaraq 89,4 milyard ABŞ dolları səviyyəsinə yüksəlib. BAKU.WS "Report"a istinadən xəbər verir...