Qasım Mohiuddin: Pakistan COP29-un yüksək səviyyədə təşkil olunması üçün Azərbaycana dəstək göstərməyə hazırdır
Yeniliklərdən dərhal xəbərdar olun
Pakistan COP29-un yüksək səviyyədə təşkil olunması Azərbaycana dəstək göstərməyə hazırdır.
BAKU.WS xəbər verir ki, bunu "Report"a açıqlamasında Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin deyib.
Onun sözlərinə görə, COP29 Azərbaycan üçün əlamətdar hadisədir: "Biz beynəlxalq tədbirin yüksək səviyyədə təşkil olunması üçün hər fürsəti yaratmağa, Azərbaycana dəstək göstərməyə hazırıq".
Səfir Pakistanın Baş naziri Şahbaz Şərifin COP29-da iştirak üçün Azərbaycana edəcəyi səfər çərçivəsində iki ölkənin birgə əməkdaşlığının inkişafı üçün görüləcək işlərdən də danışıb: "Hazırda səfərin gündəliy məlum deyil. Hansısa sənədlərin imzalanıb-imzalanmayacağı bəlli deyil. Səfərin məqsədi COP29-da iştirak olacaq. Ətraf-mühit, iqlim mövzularında müzakirələr aparmaqda, əməkdaşlıqda maraqlıyıq və COP çərçivəsində Azərbaycana bacardığımız dəstəyi göstərməyə hazırıq".
Oxşar xəbərlər
Azərbaycan İtaliya ilə Orta Dəhlizlə bağlı əməkdaşlığın perspektivlərini müzakirə edib - YENİLƏNİB
Azərbaycan İtaliya ilə Orta Dəhlizin inkişafı və bu çərçivədə əməkdaşlığın perspektivlərini müzakirə edib. BAKU.WS İqtisadiyyat Nazirliyinə istinadən xəbər veri...