Qarabağda davam edən yol-nəqliyyat infrastrukturu layihələrinin SİYAHISI
Qarabağda davam edən yol-nəqliyyat infrastrukturu layihələrinin siyahısı açıqlanıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov WUF13 çərçivəsində Azərbaycan pavilyonunda "Münaqişədən sonrakı şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı məlumat verib.
O qeyd edib ki, 77.6 kilometrlik Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolu, 33.8 km-lik Suqovuşan-Kəlbəcər-Ağdərə-Ağdam avtomobil yolu, 13.9 km-lik Əsgəran-Xocalı-Xankəndi avtomobil yolu, 22.1 km-lik Bərdə-Ağdam-Əsgəran avtomobil yolunun tikinti işləri davam edir:
"24.2 km-lik Tərtər-Ağdərə avtomobil yolu yenidən qurulur. Xankəndi şəhərində 19.6 km-lik daxili yolların tikintisinin I mərhələsi çərçivəsində işlər aparılır".
Oxşar xəbərlər
Elçin Yusubov: Xankəndi, Ağdərə və Xocalı rayonlarında özəl layihələrə 100 milyon manatdan çox investisiya cəlb edilib
Hazırda Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında özəl layihələrə 100 milyon manatdan çox investisiya cəlb edilib və təxminən 4000 nəfər işlə təmin olun...