Plastik kartla həyat: kredit kartı borcları niyə böyüyür?

Plastik kartla həyat: kredit kartı borcları niyə böyüyür?
Araşdırma
İqtisadiyyat 37

2025-ci il 1 noyabr tarixinə əhaliyə verilən kreditlərin həcmi 17,87 milyard manat təşkil edir.

Media Təhlil Mərkəzindən (MTM) BAKU.WS-ə verilən məlumata görə, 2024-cü ilin eyni tarixində bu göstərici 15,98 milyard manat səviyyəsində olub.

Beləliklə, son bir il ərzində əhalinin banklara olan borc yükü 1,89 milyard manat və ya 11,8 faiz artım göstərib.

Son beş ilin göstəricilərinə əsasən, faiz ifadəsində ən yüksək artım 2022-ci ildə qeydə alınıb. Belə ki, 2021-ci il 1 noyabr tarixinə kredit portfeli 7,85 milyard manat olduğu halda, 2022-ci ildə bu göstərici 10,58 milyard manata yüksəlib. Nəticədə, kreditlərin həcmi bir il ərzində 2,73 milyard manat və ya 34,8 faiz artıb.

Həcm baxımından ən böyük artım isə 2024-cü ildə müşahidə olunur. 2023-cü illə müqayisədə əhaliyə verilən kreditlərin həcmi 2,96 milyard manat və ya 22,7 faiz yüksəlib.

Ümumilikdə, aparılan təhlil göstərir ki, son beş il ərzində əhalinin banklara olan borcunun həcmi hər il artım dinamikası nümayiş etdirir.

Plastik kartla həyat: kredit kartı borcları niyə böyüyür?

2025-ci ilin 1 noyabr tarixinə əhaliyə kredit kartları vasitəsilə verilən kreditlərin həcmi 1 325,7 milyon manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyon manat və ya 0,1 faiz azalma deməkdir.

2024-cü ilin 1 noyabr tarixinə kredit kartları üzrə borcların həcmi əvvəlki illə müqayisədə 272,9 milyon manat və ya 25,9 faiz artıb.

2023-cü ildə isə bu göstərici 2022-ci illə müqayisədə 205,6 milyon manat və ya 24,2 faiz yüksəlib.

2022-ci ildə də kredit kartları üzrə borclar əvvəlki ilə nisbətən 148,5 milyon manat və ya 21,2 faiz artım göstərib.

2021-ci ilin 1 noyabr tarixinə əhalinin kredit kartları üzrə borclarının həcmi 700,7 milyon manat olduğu halda, 2025-ci ilin eyni tarixinə bu məbləğ 1 325,7 milyon manata çatıb.

Beləliklə, son beş il ərzində əhalinin kredit kartları üzrə borclarının həcmi 625 milyon manat və ya 89,2 faiz artıb.

Plastik kartla həyat: kredit kartı borcları niyə böyüyür?

2025-ci ildə ilin əvvəlindən 1 noyabr tarixinədək əhaliyə verilən kreditlərin həcmi 1,51 milyard manat təşkil edir. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,95 milyard manat və ya 38,7 faiz azalma ilə xarakterizə olunur.

Ümumilikdə, son beş ilin ilk on ayı üzrə əhaliyə verilən kreditlərin həcmi dəyişkən dinamika nümayiş etdirir. Məsələn, 2022-ci ilin ilk on ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə kreditləşmə 0,88 milyard manat və ya 64,6 faiz artaraq, son beş ildə qeydə alınan ən yüksək artım göstəricisini formalaşdırıb.

2023-cü ildə isə kreditlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,13 milyard manat və ya 5,9 faiz azalaraq 2,13 milyard manat səviyyəsində olub.

Son beş ilin ilk on ayı üzrə ən yüksək kreditləşmə həcmi 2024-cü ildə qeydə alınıb. Həmin dövrdə əhaliyə 2,46 milyard manat kredit verilib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,33 milyard manat və ya 15,7 faiz artım deməkdir.

Plastik kartla həyat: kredit kartı borcları niyə böyüyür?

2025-ci ilin 1 noyabr tarixinə adambaşına düşən orta kredit həcmi 1 742 manat təşkil edir. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 178 manat və ya 11,4 faiz artım göstərib. Son beş il ərzində ən yüksək illik artım 2024-cü ildə qeydə alınıb. Həmin ildə adambaşına düşən kredit həcmi 2023-cü illə müqayisədə 284 manat və ya 22,2 faiz yüksəlib.

Beşillik dövr üzrə müqayisə göstərir ki, 2021-ci ilin 1 noyabr tarixi ilə müqayisədə 2025-ci ilin eyni tarixində adambaşına düşən kredit həcmi 968 manat və ya 125,2 faiz artıb. Bu dinamika əhalinin kredit yükünün illər üzrə davamlı şəkildə yüksəldiyini əks etdirir.

Plastik kartla həyat: kredit kartı borcları niyə böyüyür?

Cənubi Qafqaz ölkələrinin Mərkəzi Banklarının açıqladığı rəsmi məlumatlara əsasən, 2025-ci ilin 1 noyabr tarixinə əhalisinin banklara olan kredit borcunun həcminə görə ən yüksək göstərici Gürcüstanda qeydə alınır. Belə ki, Gürcüstanda əhaliyə verilən kreditlərin həcmi 13,1 milyard dollar təşkil edir.

Azərbaycanda həmin tarixə əhaliyə verilən kreditlərin həcmi 10,5 milyard dollar, Ermənistanda isə 9,4 milyard dollar səviyyəsində formalaşır.

Adambaşına düşən kredit həcminə görə Azərbaycan Cənubi Qafqaz ölkələri arasında ən aşağı göstəriciyə malikdir. Cari ilin 1 noyabr tarixinə olan statistik məlumatlara əsasən, Azərbaycanda adambaşına düşən kredit borcu 1024,7 dollar, Gürcüstanda 3531,6 dollar, Ermənistanda isə 3037,6 dollar səviyyəsində müəyyən olunub.

Plastik kartla həyat: kredit kartı borcları niyə böyüyür?

Son xəbərlər