Pərviz Şahbazov BP ilə Azərbaycandakı neft-qaz yataqlarının perspektivlərini müzakirə edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın energetika naziri Pərviz Şahbazov BP-nin istehsal və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell ilə görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edib.
“Biz BP-nin istehsal və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell ilə “Azəri-Çıraq-Günəşli” (AÇG), “Şahdəniz” və “Şəfəq-Asiman” yataqlarında mövcud vəziyyəti və perspektivləri, AÇG-də dərin qaz laylarından gələn il hasilata başlanması çərçivəsində həyata keçirilən işləri dəyərləndirdik”, - paylaşımda qeyd edilib.
Oxşar xəbərlər
Avropanın enerjiyə artan tələbatı və Azərbaycanın rolu – TƏHLİL
Daha bir enerji ilə dolu ili yola saldıq. Nəticə olaraq onu demək olar ki, geridə qoyduğumuz 2023-cü il enerji təhlükəsizliyi gündəmini daha da möhkəmləndirmiş...