Pərviz Şahbazov: "OPEC+" ölkələri gündəlik neft hasilatı ilə bağlı yeni razılaşma əldə edib"
Yeniliklərdən dərhal xəbərdar olun
"OPEC+" ölkələri 2026-cı ilin sonuna qədər gündəlik 39,7 milyon barel xam neft hasilatı ilə bağlı razılaşma əldə edib.
Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında məlumat verib.
"Razılaşmaya əsasən, bu müddət ərzində Azərbaycanın hasilat kvotası dəyişməz qalacaq. Bununla yanaşı, 8 ölkə 2023-cü ilin aprel ayında elan edilən gündəlik 1,65 milyon barel əlavə könüllü ixtisar öhdəliklərini 2026-cı ilin dekabrına, 2023-cü ilin noyabrında elan edilən gündəlik 2,2 milyon barel əlavə könüllü ixtisarları isə 2025-ci ilin mart ayının sonuna qədər davam etdirəcəklər", - nazir bildirib.
Həmçinin, bu ölkələrin gündəlik 2,2 milyon barel ixtisarları 2026-cı ilin sentyabr ayının sonuna qədər mərhələli şəkildə ləğv ediləcək.
P. Şahbazov qeyd edib ki, "OPEC+" ölkələrinin bu razılaşmaları qlobal neft bazarının dayanıqlığını təmin etmək və neft sənayesinin davamlı inkişafına dəstək vermək baxımından mühüm əhəmiyyət daşıyır.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...