Pensiyalarla bağlı SON RƏQƏMLƏR - 535 AZN və 572 AZN olacaq - RƏSMİ
"Nəvbəti il əmək pensiyalarının maliyyələşdirilməsi üçün 7,2 manatlıq vəsait nəzərdə tutulub. Bu, cari ilin göstəricisinə nisbətən 686 milyon manat daha çoxdur".
BAKU.WS xəbər verir ki, bu sözləri Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov bildirib.
O əlavə edib ki, növbəti il əmək pensiyalarının maliyyələşdirilməsinə təxminən 700 milyon mnata yaxın vəsait sərf olunacaq:
"İlkin proqnozlarımıza əsasən, növbəti il üçün orta aylıq pensiyanın məbləği 535 manata çatacağı, eyni zamanda yaşa görə pensiyaların orta məbləğinin isə 572 manata çatacağı gözlənilir".
Oxşar xəbərlər
Çexiya 2 ayda Azərbaycandan 170 min tona yaxın neft alıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycan Çexiyaya 169 min 841,63 ton xam neft ixrac edib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəy...